Ermənistan Laçını atəşə tutub, sərhədçimiz yaralanıb

   Ermənistan Laçını atəşə tutub,    sərhədçimiz yaralanıb
  15 İyun 2023    Oxunub:1404
Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.
AzVision.az “Caliber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Bildirilib ki, yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti