Güləşçimiz Avropa çempionatında ikinci olub

Güləşçimiz Avropa çempionatında ikinci olub
  15 İyun 2023    Oxunub:1308
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.
AzVision.az xəbər verir ki, güləşçimiz Ruzanna Məmmədova (57 kq) qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni məğlub edib. R.Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə qalib gələrək, ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz həlledici görüşdə macarıstanlı Sofi Ritterə uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatında 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti