“Müxalifətçiləri ağrıkəsicisiz əməliyyat edin”

“Müxalifətçiləri ağrıkəsicisiz əməliyyat edin”
  12 Aprel 2013    Oxunub:1335
Hərbiçi məmurlar ifşa edildi
Misir hərbiçiləri hakimiyyətdə olduqları müddətdə həkimlərə ölkədə baş verən qarşıdurmalar zamanı yaralanmış müxalifət təmsilçilərini əməliyyat edərkən ağrıkəsicidən istifadə etməyi qadağan edib.

Bu barədə qərb mətbuatı Misir prezidenti Məhəmməd Mursiyə təqdim etmək üçün hazırlanmış hesabata istinadən məlumat verib. Qeyd edək ki, həmin hesabat Misirdə 2011-ci inqilabı zamanı və ondan sonrakı vaxtlarda hərbiçilər və polis tərəfindən törədilmiş qanun pozuntuları barədə məlumatlardan ibarətdir.

Hesabatda həmçinin bildirilir ki, hərbiçi həkimlər və əsgərlər etiraz aksiyasının xəstəxanaya düşən iştirakçılarını döyüb və təqhqir ediblər.

Misir prezidentinə təqdim olunmuş sənəd yüksək çinli hərbiçilər arasında məsələ ilə bağlı araşdırmalar aparılmasını və günahları sübut olunduğu təqdirdə cinayət məsuliyyətinə cəlb olunmalarını təklif edir.

Hesabatda qeyd edilib ki, 18 günlük qarşıdurmalar zamanı 1000-dən çox insan itkin düşüb. Onların əksəriyyəti sonradan ölü olaraq tapılıb. Cəsədlərinin üzərində zorakılıq və işgəncə izləri aşkar edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti