Dünya şöhrətli model Bakıda səhnəyə çıxdı

Dünya şöhrətli model Bakıda səhnəyə çıxdı
  01 İyun 2014    Oxunub:1157
Bu gün Heydər Əliyev Mərkəzində "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsinin təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Layihə çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib. Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim nümunəsi təqdim olunub.

Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.

Moda nümayişində tanınmış model İrina Şeyk də səhnəyə çıxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti