Obama erməniləri şoka saldı

Obama erməniləri şoka saldı
  12 Aprel 2013    Oxunub:1330
ABŞ prezidenti Ermənistanda tarix yazdı
Ölkə başçısının imzaladığı yeni büdcə layihəsinə əsasən İrəvana göstərilən illik maliyyə yardımı kəskin şəkildə (38%) azaldılıb. Ermənistana yardımı 40 mln dollardan 24 mln 719 min dollara endirən Obama bununla Ermənistan tarixində ilkə də imza atıb. Belə ki, ABŞ 2014-cü ildə Ermənistana son 26 ilin ən az maliyyə yardımını göstərəcək.

Vaşinqtonun 1988-ci ildə Spitakda baş verən zəlzələdən sonra İrəvana göndərdiyi humanitar yardım belə bundan çox olub. Ağ Evdən gələn xəbərlə şoka düşən Amerikadakı erməni diasporası isə Obamanın onları aldatmaqda və verdiyi vədlərdən yayınmaqda ittiham edir.

Belə ki, erməni diasporunun direktoru Aram Hamparyan prezident Barak Obamanın seçkilərdən əvvəl Ermənistana göstərilən maliyyə yardımını artıracağını vəd etdiyini xatırladıb.

Bunula yanaşı Obama Administrasiyası Ermənistana ,o cümlədən Azərbaycana 2.7 milyon dollarlıq hərbi yardımları olduğu kimi saxlayıb.

Nəzərinizə çatdıraq ki, USAİD-in son bir neçə ildə qondarma Qarabağa illik 2 milyon dollar yardım ayırmasına baxmayaraq administrasiyanın büdcəsindən bu il də yardım göndəriləcəyi istisna edilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti