"Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərin fərqi böyükdür..." - Nazir

 "Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərin fərqi böyükdür..." -    Nazir
  21 İyun 2023    Oxunub:1281
"Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntiləri formalaşır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib:

"Kamil insan nədir? Bəzi cəmiyyətlərdə bu dəyərlər üzərindən, bəzilərində isə əmək bazarındakı rolu qabardılır".

Nazir qeyd edib ki, bəzən belə fikirlər irəli sürülür ki, "gəlin 10 min texnoloq hazırlayaq": "Bu, sanki ev tikəndə az investisiya qoyulmuş fundamentin üzərinə böyük yük qoymağa bənzəyir. Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərin evində böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, valideynlərin davranışı da prosesə böyük təsir edir".

AzVision.az



Teqlər:





Xəbər lenti