“Bakıya toya görə gəldim” – türkiyəli müğənni

“Bakıya toya görə gəldim” – türkiyəli müğənni
  01 İyun 2014    Oxunub:1893
Gənc türk aktrisası və ifaçısı Nadidə Sultan (Nadide Sultan) Bakıda biznesmenin toyunda iştirak edib.
AzVision.az xəbər verir ki, Azərbaycana ikinci dəfə gəldiyini deyən müğənni tez-tez Azərbaycandan dəvət aldığını bildirib: “Məni tez-tez Bakıya dəvət edirlər. Amma qismət olmurdu. Amma bu gün buraya toyda iştirak eləmək üçün gəldim”,-deyə N. Sultan qeyd edib.

Toydan sonra isə gənc müğənni “Sultan” restoranında konsert proqramı ilə çıxış edib. Təxminən 3 saat davam edən konsertdə müğənni yeni mahnıları ilə yanaşı köhnə ifalarını da səsləndirib.


Azərbaycanlı tamaşaçıların onun bütün mahnılarını bildiyini deyən türk müğənni “Amma biz azərbaycanlılar haqqında çox az şey bilirik. Hətta onlar seriallarımızdakı aktyorların hamısını tanıyırlar. Buna görə də işimiz çox asandır”-deyə, əlavə edib.



AzVision.az


Teqlər:





Xəbər lenti