"Titanik"də ölmüş milyarderi batan "Titan"la nə bağlayır?

   "Titanik"də ölmüş milyarderi    batan "Titan"la nə bağlayır?
  22 İyun 2023    Oxunub:3305
Atlantik okeanında yoxa çıxan “Titan” sualtı gəmisi ilə bağlı maraqlı detallar üzə çıxıb.
“The New York Times” yazıb ki, batiskafı idarə edən “OceanGate” şirkətinin yaradıcısı Stokton Raşın həyat yoldaşı Vendi “Titanik”də ölən məşhurlardan birinin yaxın qohumu imiş. O, 1912-ci ildə tarixi faciə günü gəmidə olmuş maqnat İsidor Ştraus və onun həyat yoldaşı İdanın nəslindəndir.

"Titanik"ə turist aparan "Titan" da batdı
Qeyd olunub ki, Vendi Raş Ştrausların nəvəsidir. Ştraus cütlüyü isə "Titanik" qurbanlarının ən zəngin adamları sayılır.

Arxivlərdə olan məlumatlara görə, Ştraus və həyat yoldaşı "Titanik"in birinci dərəcəli (Elita üçün nəzərdə tutulmuş bilet alanlar-red.) sərnişinləri olublar. Fəlakətdən sağ çıxanlar xatırladıblar ki, haqqında söz açılan maqnat xilasedici qayıqlara dərhal minmək istməyib. O, ilk olaraq milyarder ailəsi üçün hazırlanan qayığı xilas olmaq üçün fürsət gözləyən qadın və uşaqlara verib. Eyni zamanda İda digər xanımlara qoşulub ərini gəmidə tək qoymaqdan imtina edib və sona qədər İsidorla qalıb. Həmin vaxt cütlüyün evliliklərinin 40 ili tamam olubmuş.

Xatırladaq ki, iki gündür "Titan" batiskafı Atlantik okeanında yoxa çıxıb. “OceanGate” şirkətinə məxsus sualtı qayıq 5 turisti "Titanik"in qalıqları olan əraziyə aparmalıymış.

Dünən isə batiskafın axtarış zonasında hidrolokatorlar sualtı səslər qeydə alıblar.

“Titan” dörd kilometrə qədər dərinliyə enə bilən yeganə mini sualtı qayıqdır. "OceanGate" isə iki il əvvəl adam başına 125.000 dollara başa gələn və əsasən alimlərdən ibarət kiçik komandalarla missiyalar reallaşdırmağa başlayıb. İndi bir nəfərlik bron 250 min dollardır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Titanik   Gəmi  





Xəbər lenti