Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri

   Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri
  22 İyun 2023    Oxunub:2011
Vyana yaşayış keyfiyyəti üzrə dünyanın ən yaxşı şəhərləri titulunu özündə saxlayıb.
Böyük Britaniyanın “Economist Intelligence Unit” (EIU) jurnalına görə, dünyanın 172 şəhəri arasında Vyanadan sonra ilk beşlikdə müvafiq olaraq Kopenhagen (Danimarka), Melburn, Sidney (hər ikisi Avstraliya) və Vankuver (Kanada) qərarlaşıb.

EIU reytinqində sonrakı dörd yeri Sürix və Cenevrə (hər ikisi İsveçrə), Kalqari vəToronto (hər ikisi Kanada) tutub. Ötən il siyahıda 34-cü yerdə olan Oklend şəhəri (Yeni Zelandiya) isə Osaka (Yaponiya) ilə 10-cu yeri paylaşıb. Reytinqin sonuncu pillələrində Əlcəzair (Əlcəzair), Tripoli (Liviya) və Dəməşq (Suriya) şəhərləri qərarlaşıb.

Mütəxəssislər şəhərlərdə yaşayış keyfiyyəti səviyyəsini inkişaf stabilliyi, mədəniyyət, ekologiya, səhiyyə, təhsil və infrastruktur kimi bir neçə mühüm göstərici əsasında müəyyənləşdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti