"100 il" gənc rəssamların qrup sərgisi təşkil olunub – Fotolar

"100 il" gənc rəssamların qrup sərgisi təşkil olunub –    Fotolar
  22 İyun 2023    Oxunub:1788
21-22 iyun tarixlərində “Davam” Gənclər Hərəkatı və “ArtCoLab” Yaradıcı Gənclər Platformasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Muzey Mərkəzinin tərəfdaşlığı ilə “100 il” adlı gənc rəssamların qrup sərgisi keçirilib.

Sərgi 21 iyun tarixində Muzey Mərkəzində yerləşən Sərgi qalereyasında açılıb və 31 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub. Bu əsərlərdə Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi olmuş Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif anları nümayiş olunub.


Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində qara qələmlə işlənmiş müxtəlif mövzulu əsərlər olub.


Açılış mərasimində "Heydər Əliyev” ordenli heykəltaraş Ömər Eldarov, millət vəkili Aydın Mirzəzadə, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, xalq rəssamı Arif Hüseynov, "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Muzey, sərgi və qalereyalar şöbəsinin müdiri vəzifəsini icra edən Altun Mikayıllı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin ictimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, "ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak edib.


İlk olaraq aparıcı Aysel İbrahimova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı açılış nitqi ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində Ömər Eldarov, Aydın Mirzəzadə, Ağaəli İbrahimov, Casiyət Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.

Qalereya




Teqlər:





Xəbər lenti