""Titan" sualtı gəmisinin bütün ekipaj üzvləri ölüb" - Şirkət

   ""Titan" sualtı gəmisinin bütün ekipaj üzvləri ölüb" -    Şirkət
  22 İyun 2023    Oxunub:2182
Atlantik okeanında itmiş “Titan” sualtı qayığının ekipaj üzvlərini ölü hesab edilir.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə "Titan"nın operatoru məlumat verib.
operatoru

“Biz inanırıq ki, baş direktorumuz Stokton Raş, Şahzadə Davud və onun oğlu Süleyman Davud, Hamiş Hardinq və Pol-Henri Narqolet təəssüflə itkin düşüblər". şirkətin açıqlamasında bildirilir.

Eyni zamanda, CNN memo-ya istinadən xəbər verir ki, ekspertlər "Titan" sualtı qayığının axtarışı zonasında naməlum qalıqlar aşkar edilib. Nəşr qeyd edir ki, batiskaf kapsulunun axtarışları davam edir.

Sualtı qayığın qalıqlarının "Titanik"dən təxminən 500 metr aralıda okeanın dibində tapıldığı vurğulanır.

AzVision.az


Teqlər:





Xəbər lenti