“Qarabağ”ın hücum cütlüyü tarixə düşdü

“Qarabağ”ın hücum cütlüyü tarixə düşdü
  25 İyun 2023    Oxunub:1176
Misli Premyer Liqasının 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb. Onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıb.
Bu barədə AzVision.az -a Azərbaycan Peşəkar Futbol Liqasından məlumat verilib.

Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.

1. “Neftçi”, 1992 – 65 qol - Samir Ələkbərov (36), Yunis Hüseynov (29)

2. “Neftçi”, 1996/97 – 59 qol - Qurban Qurbanov (34), Samir Ələkbərov (25)

3. “Xəzər” (Sumqayıt), 1992 – 57 qol - Nazim Əliyev (39), Azər İsayev (18)

4-5. “Kəpəz”, 1993/94 – 46 qol - Fazil Pərvərov (27), İmamyar Süleymanov (19)

“Kəpəz”, 1995/96 – 46 qol - Fazil Pərvərov (23), Rövşən Əhmədov (23)

6. “Turan”, 1993/94 – 44 qol - Musa Qurbanov (35), Qurban Qurbanov (9)

7. “Qarabağ”, 2022/23 – 43 qol - Ramil Şeydayev (22), Musa Qurbanlı (21)

8. “Kəpəz”, 1992 – 42 qol - Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12)

AzVision.az



Teqlər: Qol  





Xəbər lenti