“Qulp” bağlanmayıb – Aparıcı təkzib etdi
Verilişin bağlanması haqda yayılan xəbəri təkzib edən aparıcı sentyabrdan fəaliyyətlərini davam edəcəklərini deyib.
““Qulp “ bağlanmayıb, hələlik fəaliyyətini dayandırıb. Yəqin ki, sentyabrdan bərpa olunacaq.Veriliş ANS-də faəliyyətini davam etdirəcək. 20 ildən çoxdur ki, bu veriliş efirdədir. Azərbaycan teleməkanında ən uzunömürlü satirik publisistik verilişdir. Bir müddət fasilə verdik, yəqin ki sentyabrda yeni formatda olacaq. 2015-ci ildə parlament seçkilərdir.Veriliş hansı formatda olacaq, o barədə yay mövsümündə fikirləşib qərar verəcəyik”.
M.Əsgərov bir sıra yeni telelayihələr üzərində işlədiyini də qeyd edib.
Xatırladaq ki, tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi olan “Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən indiyədək ANS TV-də efirə çıxıb.
Nihadə Eyyubova