UNESCO rəsmisi: "Bakıda keçirilən “MİNEPS VII” konfransını tarixidir"
Q.Ramos qeyd edib ki, tədbirin əhəmiyyəti koronavirus pandemiyası nəticəsində idmanda yaranmış problemləri aradan qaldıra biləcək mexanizmlərin hazırlanması olub:
“Dünyada gənclərin təxminən 80%-i kifayət qədər fiziki fəaliyyət göstərmir”, - Q. Ramos bildirib.
O qeyd edib ki, “Fit for life” təşəbbüsünü həyata keçirmək üçün 120-dən çox ölkədən nazirlər inklüzivlik istiqamətində fəaliyyətini davam etdirəcəklər:
“Bu təşəbbüsün həyata keçirilməsi planı beynəlxalq və milli olaraq bölünür, lakin birgə səylərlə hazırlanır. Amma münaqişələrin olduğu qaynar nöqtələrdə belə təşəbbüsləri həyata keçirmək çətindir. Amma idman belə hallarda, məsələn, Kolumbiyada olduğu kimi, münaqişə tərəfləri arasında idman oyunları keçirməklə də sizin xeyrinizə istifadə edilə bilər”.
AzVision.az
Teqlər: