Azərbaycan güləşçisi Avropa çempionu oldu

   Azərbaycan güləşçisi Avropa çempionu oldu
  01 İyul 2023    Oxunub:1282
Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
AzVision.az xəbər veürir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.

AzVision.az



Teqlər: Güləş   Azərbaycan   Çempion  





Xəbər lenti