İranda son 6 ayda 354 nəfər edam edilib

   İranda son  6 ayda 354 nəfər edam edilib
  03 İyul 2023    Oxunub:1331
İranda son 6 ay ərzində 354 nəfər edam edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatının hesabatına istinadla xəbər verib. Bildirilir ki, edam edilənlərdən 206 nəfəri narkotik maddələrdən istifadədə ittiham olunublar. Ümumilikdə narkotik cinayətləri ilə bağlı edam edilənlərin sayı 126% təşkil edib.

Edam edilənlər arasında 71 nəfəri etnik bəlucdur. İranda İnsan Haqları Təşkilatı rejimin edam maşınını sürətləndirməsinə toxunaraq, beynəlxalq ictimaiyyəti öz sükutunu pozmağa və vətəndaşların hökumət tərəfindən edam cəzasına məkum edilməsinə qarşı çıxmağa çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti