Marketlərdə istehlakçı hüquqları pozulur - EKSPERT

Marketlərdə istehlakçı hüquqları pozulur -  EKSPERT
  12 Aprel 2013    Oxunub:1985
Vətəndaş bu problemlə qarşılarsa, nə etməlidir?
Hər bir alıcı ərzaq dükanında öz büdcəsinə uyğun bazarlıq edir. Lakin bir çox mağazalarda hesabı ödəyərkən məhsulun qəbzdəki qiyməti ilə siyahıdakı qiyməti arasında fərqli olduğunu da görmək mümkündür. Bəs bu problemlə qarşılaşarkən nə etməli?

Azad İstehlakçılar Birliyinin sədri ( AİB) Eyyub Hüseynov Azvision.az-a açıqlamasında bildirdib ki, bu, bizim ölkədə geniş yayılmış problemdir: “Alıcılar şəhərin supermarketlərində bu halla tez-tez qarşılaşırlar. Bütün dünyada olduğu kimi , Azərbaycanda da istehlakçıların haqlarının məhdudlaşdırılması insan hüquqlarının pozulduğu siyahıda ilk yerlərdə gedir. Xüsusən “Neptun” supermarketində qəbzdə malın qiyməti siyahıdakındana uyğun deyil. Bu məsələ ilə bağlı bir neçə dəfə aidiyyəti qurumlara müraciət etmişik . Ancaq marketin rəhbərliyi “Qiymətləri qeyd etməyi unutmuşuq” deyə camaatı aldatmağa davam edir”.

Birlik sədri təəssüflənərək qeyd edir ki, ölkəmizdə 90% malın üzərində qiymət yoxdur və bu, istehlakçıların hüquqlarını məhdudlaşdırır: “2013-cü il yanvarın 14-də Nazirlər kabinetinin iclasında verilən qərara əsasən, bütün malların üzərində qiymət olmalıdır. Əks halda hər bir vətəndaş AİB-ə və ya İqtisadi İnkişaf Nazirliyinə müraciət edərək şikayətini bildirə bilər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti