Qəbələdə əməliyyat: Vətəndaşlardan 10 silah götürüldü

   Qəbələdə əməliyyat:    Vətəndaşlardan 10 silah götürüldü
  08 İyul 2023    Oxunub:1271
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd ov tüfəngi aşkar edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti