"Özbəkistanda seçkiyə maraq yüksək səviyyədədir" - ŞƏT-in müşahidəçisi

   "Özbəkistanda seçkiyə maraq yüksək səviyyədədir" -    ŞƏT-in müşahidəçisi
  09 İyul 2023    Oxunub:2110
"Seçki prosesində hər hansısa problem yoxdur, hər şey qaydasındadır. Ümid edirəm ki, günün sonunadək belə uğurla davam edəcək".
AzVision.az xəbər verir ki, bunu Özbəkistanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirak edən Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi Gennadi Yuriyeviç Semiyin deyib.
Özbəkistanda prezident seçkiləri keçirilir - FOTOLAR


"Biz bir neçə seçki məntəqəsində olduq. Seçkiyə hazırlıq və maraq çox yüksək səviyyədədir. Ümid edirəm ki, seçki uğurla bitəcək və biz nəticələri izləyəcəyik",- o deyib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.

Yerli vaxtla saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb. Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir.



Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti