"İnsanlar verdikləri səsin xeyrini görəcək" - Filiz Kılıç

  "İnsanlar verdikləri səsin xeyrini görəcək" -    Filiz Kılıç
  09 İyul 2023    Oxunub:2085
"TürkPA-nın nümayəndə heyyəti və türk dünyası ölkələrinin deputatları ilə birlikdə seçki məntəqələrini gəzirik, müşahidələr aparırıq. Hələ ki, heç bir nöqsana rast gəlməmişik"
AzVision.az xəbər verir ki, bunu TÜRKPA-nın müşahidəçisi, MHP sədrinin müavini və Nevşehirdən olan millət vəkili Filiz Kılıç Özbəkistanda keçirilən prezident seçkilərindən danışarkən deyib. Xanım müşahidəçinin qənaətinə görə, seçki prosesi yüksək səviyyədə təşkil olunub.
"Özbəkistanda seçkiyə maraq yüksək səviyyədədir" - ŞƏT-in müşahidəçisi


"Əminəm ki, bu seçkilər Özbəkistanın inkişafına vəsilə olacaq və bu yolda növbəti uğurlu addıma gətirib çıxaracaq. İnsanlar verdikləri səsin xeyrini görəcəklər", - F. Kııç deyib.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparır.

Yerli vaxtla saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb. Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:   seçki  





Xəbər lenti