Polisə 999 dəfə zəng edən qadın həbs edildi

Polisə 999 dəfə zəng edən qadın həbs edildi
  10 İyul 2023    Oxunub:1773
İngiltərənin York şəhərində evindən çıxarıldıqdan sonra polisə 999 zəng vuran qadına 6 ay həbs cəzası verilib.
Belə ki, 49 yaşlı Silvina Pilla heç bir əsas olmadan evsiz qalmağında polisi günahlandırıb. Qadın təkcə 10 saat əzində polisə 33 dəfə zəng edib. Nəticədə polis qadını axtarışa verib.

O gecə saatlarına əlində bıçaqla saxlanılsa da, istintaqa qədər sərbəst buraxılıb. Lakin York şəhərinin mərkəzindəki "Barclays" bankında səs-küy qaldırıb və hadisə yerinə gələn polisi təpikləyib.

Pilla ictimai yerdə bıçaq gəzdirməkdə və daha əvvəlki dinləmə üçün məhkəməyə gəlməməkdə təqsirli bilinərək saxlanılıb. Onun barəsində 6 ay həbs cəzası verilib.


AzVision.az


Teqlər:





Xəbər lenti