Alimlərdən iddia: Qədim insanlar hannibal olub

      Alimlərdən iddia:    Qədim insanlar hannibal olub
  10 İyul 2022    Oxunub:357
Smithsonian İnstitutunun (ABŞ) Milli Təbiət Tarixi Muzeyinin alimləri araşdırma zamanı belə qənaətə gəliblər ki, qədim insanlar öz növündən olan adamaları yeyirmiş.
Tədqiqatın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub. Məqalənin müəllifləri - paleoantropoloqlar Briana Pobiner, Maykl Pant və Trevor Kivil 1,45 milyon yaş ı olan qədim homininin (hominidlər ailəsinin alt ailəsi, Homo sapiens, şimpanze, qorilla və bir sıra nəsli kəsilmiş qruplar) sümüyünü tədqiq ediblər.

Materialda bildirilib ki, bu sümükdə yırtıcı dişləri ilə deyil, sələflərin daş alətin köməyi ilə kəsdikləri izlər aşkarlanıb. Tədqiqatın müəllifləri hesab edirlər ki, homininlər çox güman ki, bir-birinin ətini, həmçinin əlaqəli növlərin digər nümayəndələrini də yeyirlər.

Briana Pobiner və onun həmkarlarının sözlərinə görə, kəsiklər göstərir ki, çox güman ki, onlar bıçaqla əti sümükdən çıxarmağa çalışıblar: “Bu kəsiklər yemək üçün kəsilən heyvanların qalıqlarında gördüklərimə çox bənzəyir. Çox güman ki, ayaqdan alınan ət ritualın bir hissəsi kimi deyil, yemək üçün qoparılıb”.

AzVision.az


Teqlər:



Xəbər lenti