NATO sammitindən əvvəl Zelenskinin nəyə əsəbləşdiyi məlum olub

  NATO sammitindən əvvəl Zelenskinin nəyə əsəbləşdiyi məlum olub
  10 İyul 2022    Oxunub:272
İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO-nun qarşıdan gələn sammitində Ukrayna prezidenti Vladimir Zelenski alyansa üzv olan bütün ölkələrin başçılarına ölkəsini təşkilata qəbul etmək xahişi ilə açıq müraciət etməyi planlaşdırsa da, ABŞ və Almaniya buna qarşı çıxıb.
Bu barədə BILD bir neçə mənbəyə istinadən xəbər verir. Nəşrin yazdığına görə, Ukrayna lideri indi ona bunu etməyə icazə verilmədiyinə görə son dərəcə qəzəblidir. Nəşr yazıb ki, Ukraynanın alyansa üzvlüyü Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya, İsveç, Türkiyə və Fransa tərəfindən dəstəklənir. Lakin ABŞ və Almaniya əks fikirdədir və digər NATO üzvlərinə onların mövqelərinə qoşulmaq üçün təzyiq göstərirlər.

Qeyd olunub ki, Ukrayna sammitdən sonra əliboş qalmayacaq, çünki NATO-ya üzv ölkələr ona nə təklif edəcəklərini fəal şəkildə müzakirəl edirlər.

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək. Ukrayna Prezidenti V.Zelenski Alyansa üzv ölkələrdən ölkəsinin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.

Xatırladaq ki, sammitin iclasından əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti