“Bitkoin” 120 min dollara kimi bahalaşa bilər

“Bitkoin” 120 min dollara kimi bahalaşa bilər
  10 İyul 2023    Oxunub:1062
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti bu il 50 min dollara çata bilər və 2024-cü ilin sonuna qədər 120 min dolları keçəcək.
Bu barədə "Reuters" "Standard Chartered Bank"ın məlumatlarına istinadən məlumat yayıb. Bank əvvəllər 2024-cü ilin sonunda "bitkoin"in məzənnəsinin 100 min dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı.

Bankın aparıcı valyuta analitiki Jeff Kendrik deyib ki, kriptovalyuta bazarında daha müsbət dinamikanı nəzərə alsaq, bu proqnoza 20% əlavə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti