Adrian Mutu “Neftçi”nin baş məşqçisi oldu

Adrian Mutu “Neftçi”nin baş məşqçisi oldu
  11 İyul 2023    Oxunub:1088
“Neftçi”də yeni baş məşqçi təyinatı rəsmiləşib.
Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb. “Ağ-qaralar”ı rumıniyalı Adrian Mutu çalışdıracaq. Bu, “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəflə mütəxəssisin görüşündə rəsmiləşib. Tədbirdə klubun hazırkı durumu, qarşıya qoyulan hədəflər və gözləntilər müzakirə olunub, ardınca Mutu ilə iki illik müqavilə imzalanıb.

Yeni baş məşqçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq. Bununla bağlı xüsusi mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, ötən mövsüm “Neftçi”ni digər rumıniyalı - Laurentsiu Regekampf çalışdırıb. Onu əvəzləyən 44 yaşlı mütəxəssis karyerası ərzində Voluntari” (2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, 2021) və “Rapid”in (2022-2023) baş məşqçisi olub. O, futbolçu kimi İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarında legioner həyatı yaşayıb, Rumıniya millisində 77 oyunda 35 qol vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti