ABŞ silahları qadağan edəcəkmi?

ABŞ silahları qadağan edəcəkmi?
  12 Aprel 2013    Oxunub:1314
İlkin səsvermədə qanunvericilərin 68-i sənədin lehinə, 31-i əleyhinə olub
ABŞ senatı silaha nəzarətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlayıb. Senatdakı demokrat çoxluğun lideri Harri Reyd sənədi ləngitmədən müzakirəyə başladıqlarına görə həmkarlarına minnətdarlıq edib. O, Senatorları müzakirələrə məntiqlə qatılmağa çağırıb. Silaha nəzarətlə bağlı qanunun müzakirəsinin senatda iki həftə davam edəcəyi bildirilir.

Bu arada Birləşmiş Ştatlarının vitse-prezidenti Cozef Bayden silahlanmaya qarşı qadağadan danışıb və vətəndaşlar narahat olmamağa çağırıb.

"Amerika Birləşmiş Ştatları rəhbərliyi vətəndaşları azadlıq hüquqlarını məhdudlaşdırmayacaq. Silahlanmaya qarşı mübarizə aparmaq insanların hüquqlarının tapdanması mənasına gəlməməlidir"- Bayden qeyd edib.

Onun sözlərinə görə, ölkədə son vaxtlar baş verən hadisələr göstərir ki, hamıya silah satmaq heç də doğru addım deyil. O, qeyd edib ki, son vaxtlar Amerikanın silah ticarətiylə məşğul olan firmaları səhv məlumatlar yaymaqla, sözügedən məsələ barədə ictimaiyyəti yanlış istiqamətə yönəltməyə çalışırlar. Məhz buna görə, həmin şirkətlər barədə ciddi tədbirlər görüləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti