Şəmkirdə partlayış olub

Şəmkirdə partlayış olub
  11 İyul 2023    Oxunub:1149
Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.
Hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Partlayış  





Xəbər lenti