İnsan fəaliyyəti okeanların rəngini dəyişib

   İnsan fəaliyyəti okeanların rəngini dəyişib
  14 İyul 2023    Oxunub:1889
Son 20 ildə Yer okeanlarının 56%-nin rəngi kəskin şəkildə dəyişib və dəyişiklikləri təbii səbəblərlə izah etmək mümkün deyil.
“Nature” jurnalında dərc olunan araşdırmaya görə, bu, çox güman ki, insan fəaliyyəti ilə bağlıdır və qida zəncirlərini poza bilər. Massaçusets Texnologiya İnstitutunun alimləri Aqua peykindən 2002-ci ildən 2022-ci ilə qədər olan məlumatları təhlil ediblər. Cihaz insan gözünə görünməyən rəng dəyişikliklərini ayırd edə bilir.

Alimlər müəyyən ediblər ki, ekvator yaxınlığındakı tropik okeanlar son iyirmi ildə yaşıllaşıb. Bu o deməkdir ki, suda mikroskopik fotosintetik orqanizmlər olan fitoplanktonun miqdarı artıb.
Onlar qida zəncirlərinin əsasını təşkil edirlər, buna görə də balıqların, dəniz quşlarının və məməlilərin həyatı fitoplanktonun rifahından asılıdır. Okeanların rənginin dəyişməsi onların karbon anbarı kimi fəaliyyət göstərmə qabiliyyətinə də təsir edəcək.

Alimlər atmosfer çirkləndikdə okeanlarda nəyin baş verdiyini öyrənmək üçün iqlim dəyişikliyi modellərindən istifadə ediblər. Model atmosferdə istixana qazlarının nisbətinin artmasının okeanların 50%-nin rənginin dəyişməsinə səbəb ola biləcəyini göstərib. Tədqiqatçılar bildirib ki, dəyişikliklər insan fəaliyyəti nəticəsində baş verib.

“Bütün dəyişikliklər ekosistemlərin təbii təşkilində balanssızlığa səbəb olur. Okeanlarımız istiləşməyə davam edərsə, bu balanssızlıq zamanla daha da pisləşəcək”-, məqalədə vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti