Bəraət alan Mendi məhkəmə zalında ağladı

  Bəraət alan Mendi məhkəmə zalında ağladı
  14 İyul 2023    Oxunub:1307
Çester (Böyük Britaniya) məhkəməsində iki cinsi təcavüzdə təqsirləndirilən “ Mançester Siti”nin keçmiş müdafiəçisi Benjamin Mendinin işi üzrə dinləmələr keçirilib.
AzVision.az “The Guardian” xəbər verir ki, bundan əvvəl məhkəmə ilk yeddi maddə üzrə ittihamları ləğv edib. Bu gün qalan iki maddə üzrə qərar qəbul edilib.

Çester Məhkəməsində 28 yaşlı oyunçu bir zorlama və bir zorlama cəhdində təqsirli bilinməyib. Beləliklə, Fransa millisinin sabiq futbolçusu bütün ittihamlarda təqsirsiz hesab olunub.

Bildirilir ki, B.Mendi qərar elan edildikdən sonra emosiyalarını saxlaya bilməyib və məhkəmə zalında ağlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti