Dənizçi və iti 100 gün sonra Sakit okeanda tapıldı

   Dənizçi və iti 100 gün sonra Sakit okeanda tapıldı
  17 İyul 2023    Oxunub:2019
Avstraliyalı dənizçi Tim Şeddok və iti Bella bir neçə ay Sakit okeanda çiy balıq yeyərək və yağış suyu içərək sağ qalıblar.
Onların gəmisi fırtına nəticəsində zədələnib və bir neçə ay okeanda qalıb. Həkimlərin sözlərinə görə, onlar özlərini “sabit və çox yaxşı” hiss edirlər. Meksikadan Fransız Polineziyasına səyahət başlayandan sonra onlar fırtınaya düşüblər.

Okeanlarda sağ qalma üzrə ekspert, professor Mayk Tipton qeyd edib ki, insan və itin uğuru bəxt və bacarıq vəhdətinin nəticəsidir. O, həmçinin vurğulayıb ki, Tim nəmli qalmaq üçün özünü günün istisindən necə qoruyacağını bilib.

AzVision.az


Teqlər:





Xəbər lenti