İlk "iPhone" 158 min dollara satıldı

   İlk "iPhone" 158 min dollara satıldı
  17 İyul 2023    Oxunub:2468
Nadir oyuncaqlar, qadcetlər və digər kolleksiyalar üzrə ixtisaslaşan "American LCG Auctions"da 2007-ci ilin orijinal "iPhone"u bu günə qədər ən yüksək qiymətə - 158 644 dollara satılıb.
AzVision.az xəbər verir ki, bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb. Lot 10.000 dollar ilə başlayıb.

Açılmamış orijinal "iPhone"nun belə yüksək qiyməti onun nadir modifikasiyası ilə bağlıdır. Telefonun daxili yaddaşı 8 GB deyil, 4 GB-dır. "LCG Auctions"ın təsisçisi Mark Montero izah edib ki, ilk 4GB "iPhone"lar auksionlarda 8GB versiyalarından təxminən 20% daha nadirdir.

"MyDrivers"ə görə, 2007-ci ilin 4GB "iPhone"larını çox nadir hala gətirən məsələ "Apple"in onların istehsalının tez bir zamanda dayandırmasıdır. Bu qərar buraxılışda alıcıların əksəriyyətinin 8 GB versiyasını seçməsi ilə əlaqədar qəbul edilib.

"MyDrivers"ə görə, hərracda satılan smartfonların bəzilərinin artıq tamamilə yararsız olmasına baxmayaraq, istənilən formada qutusu açılmayan orijinal "iPhone"lar çox qiymətli kolleksiyadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti