Görüş zamanı ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin fəaliyyətindən danışılıb. Daha sonra idmançılarımız, dövlətimizin, ölkə başçımızın və idman nazirimizin idmançılarımıza olan diqqət qayğısından söz açıb, həyat hekayəsindən, idmana olan sevgisindən, qazandığı uğurlardan, yetişdirdiyi tələbələrdən bəhs edən qonaqlarımız eyni zamanda gənclərin suallarına cavab verib, onları idmanı sevməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıb, görüş diskusiya şəklində davam edib. Sonda birgə xatirə şəkilləri çəkilib.
AzVision.az