50 qadın liderlik kurslarına qatılıb

50 qadın liderlik kurslarına qatılıb
  12 Aprel 2013    Oxunub:1442
Təlimdə qadınların ictimai sektorda iştirakının vacibliyi qeyd etməklə yanaşı, onların hüquqlarının qorunması, xüsusilə, həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması ilə bağlı müzakirələr keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə birgə həyata keçirdiyi “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin və biliklərinin artırılmasında dini icmaların rolu” mövzusunda layihəyə start verilib.

Komitədən AzVision.az -a verilən məlumata görə, beş ay davam edəcək layihə Bakı şəhərini, Lənkəran, Quba, Zaqatala və Şamaxı rayonlarını əhatə edəcəkdir.

ABİA-nın icraçı direktoru, layihənin rəhbəri Sevinc İsgəndərova bildirib ki, ilk olaraq layihə çərçivəsində bu gün Şamaxı rayonunda 50-yə yaxın ictimai sektorda çalışan, dini icmaların nümayəndələri olan qadın və qızların eləcə də evdar xanımların iştirakı ilə təlim keçirilib. Təlimdə qadınların ictimai sektorda iştirakının vacibliyi qeyd etməklə yanaşı, onların hüquqlarının qorunması, xüsusilə, həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması ilə bağlı müzakirələr keçirilib. Təlim iştirakaçıları qadınların söz azadlığının olmamasına, qızların erkən yaşında məcburən ailə qurmasına və hüquqlarını bilmədən məişət zorakılığna məruz qalmasını bu regionlarda hələ də problem olaraq qaldığını qeyd ediblər. Bununla bağlı Aktiv Qadınların Əməkdaşlıq Şəbəkəsinin yaranmasına dəstək olaraq bu şəbəkənin regionda fəaliyyət göstərməsinin vacib olduğunu bildirərək şəbəkənin bu növ təlimlərin sıx-sıx keçirilməsinə və qadınların ictimai fəaliyyətə cəlb edilməsində boyük rol oynayacağını vurğulayıblar.
Layihədə eləcə də Ağsu, Göyçay, İsmayıllı və Ağdaş rayonundan olan xanımlar da iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti