Azərbaycanda halal kosmetika istehsalına dair yeni dövlət standartı qəbul edilib
Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması, və paylanmasını müəyyən edir. Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək.
Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir. OIC/SMIIC 4:2018 “Halal Cosmetics - General Requirements” standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS OIC/SMIIC 4:2023 "Halal Kosmetika - Ümumi Tələblər” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, “Gazelli Group" MMC ilə razılaşdırılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
AzVision.az
Teqlər: