Şamaxıda 18 yaşlı sürücü törətdiyi qəzada öldü

Şamaxıda 18 yaşlı sürücü törətdiyi qəzada öldü
  22 İyul 2023    Oxunub:1161
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti