Azyaşlı qızı vurub qaçan moped sürücüsü tutuldu - VİDEO

 Azyaşlı qızı vurub qaçan moped sürücüsü tutuldu -  VİDEO
  24 İyul 2023    Oxunub:1703
Hövsanda azyaşlı qızı vuraraq qaçan moped sürücüsünü polislər saxlayıb.
DİN-in Mətbuat xidməti bildirib ki, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində mopedlə yolu keçən azyaşlını vurub qaçan sürücü müəyyən edilib.

Belə ki, hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı tibbi müdaxilədən sonra xilas edilib.

Suraxanı RPİ-nin keçirdiyi tədbirlərlə qəzanı törədən sürücü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti