Köpək balıqları narkotik aludəçisinə çevrilirlər

 Köpək balıqları narkotik aludəçisinə çevrilirlər
  24 İyul 2023    Oxunub:1998
ABŞ-ın Florida sahillərində aparılan araşdırmada köpək balıqlarının dənizə atılan kokain balyaları səbəbiylə təbiətlərinə zidd davranışlar etdiyi və sanki xəyallar gördüyü müəyyən edilib.
"The Guardian"ın xəbərinə görə Floridadakı Mote Dəniz Laboratoriyasında tədqiqatçı olaraq çalışan Dr. Treysi Fanara və komandası Florida sularında fəaliyyət göstərən narkotik tacirləri tərəfindən okeana buraxılan kokain paketlərinin dəniz həyatına təsirini öyrənib

Floridanın cənub ucundakı adaların ətrafında 6 gün ərzində köpək balıqlarını müşahidə edən tədqiqatçılar onların qeyri-adi davranışlar sərgilədiyini müəyyən ediblər.

Tədqiqatçılar adətən insanlardan qaçan çəkiç başlı köpək balığının kokain qəbul etdikdən sonra insanlara tərəf üzdüyünü və bir qum köpəkbalığının xəyali bir ovun ətrafındadövrə vurduğunu müşahidə ediblər.

Eksperimental məqsədlə suya kokain yerinə balıq yemi bağlamaları atan tədqiqatçılar köpək balıqlarının balyalara hücum etdiyini qeyd ediblər.

Fanara və komandası araşdırmalarını davam etdirmək və köpək balıqlarının istehlak etdiyi kokaini aşkar etmək üçün balıqlardan qan nümunələri almağı planlaşdırır.

Digər tərəfdən," Nature" jurnalında dərc edilən araşdırmaya görə, 1970-ci ildən 2018-ci ilə qədər bütün okeanlarda köpəkbalığı populyasiyası 71,1 faiz azalıb.

“Science” jurnalında dərc olunan araşdırmaya görə, orta ömrü 272 il olan, lakin 400 ilə qədər yaşaya bilən Qrenlandiya köpəkbalığı ən uzunömürlü onurğalı heyvandır.

Mayami Universitetində aparılan araşdırmalara görə, köpək balıqları ağaclardan 90 milyon il əvvəl, dinozavrlardan isə 190 milyon il əvvəl yer üzündə olublar.

Səs çıxarmaq üçün heç bir orqanı olmayan köpək balıqları, okeanda yol tapmaq üçün elektromaqnit dalğalarını və ovlarını təsbit edə bilir.

AzVision.az


Teqlər:





Xəbər lenti