Bakıda baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - 2
![Bakıda baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - 2 Bakıda baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - 2](https://azvision.az/photos/2021/11/FHN-1636208706.jpg)
23:01
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın yerinə gəlib.
AzVision.az xəbər verir ki, ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.
FHN-nin yaydığı məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.
22:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
AzVision.az
Teqlər: