AzVision.az xəbər verir ki, MLS + MX Liqa Kubokunun 2-ci turunun matçında "İnter Mayami" "Atlanta Yunayted"i 4:0 hesabı ilə məğlub edib. Lionel Messi dubl və qol ötürməsi ilə yadda qalıb. Səkkizinci dəqiqədə argentinalı hesabı açıb və stadionda olan “İnter Mayami”nin həmsahibi Devid Bekhemi nəzərdə tutaraq, bu hadisəni "pivəmi tut" (“hold my beer”) üslubunda qeyd edib. "Mançester Yunayted"in və "Real"ın keçmiş yarımmüdafiəçisi cavabında gülümsəyib.
Xatırladaq ki, Messi "İnter Mayami"nin heyətində "Kruz Azul"a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olub. Bu görüşdə argentinalı hücumçu 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu və ilk qolunu vurmuşdu.
AzVision.az