Kim-kimi bloklayır?!

   Kim-kimi bloklayır?!
  26 İyul 2023    Oxunub:2469
Son günlərdə ermənilərin Qarabağın “blokadası” ətrafında yaratdıqları hay-küy pik nöqtəsinə çatıb. Halbuki, Azərbaycanın Ermənistanla sərhədində gömrük postu qurması əsla Qarabağın blokadada olması demək deyil. Qarabağda yaşayan ermənilərin istifadə edə biləcəkləri başqa yollar da var.
Şuşada keçirilən Qlobal Media Forumunda prezident İlham Əliyev bu haqda danışarkən soruşmuşdu ki, niyə Azərbaycanın ərazisi olan Qarabağa ərzaq məhsulları başqa ölkədən gətirilməlidir:
- Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır.

İlham Əliyev onu da bildirmişdi ki, Xankəndidəki qondarma “rəhbərlik” bu jesti qəbul etmək əvəzinə, Ağdam-Əsgəran yolunda beton plitələr qoyub. “Kim-kimi bloklayır?”,- deyə prezident tamamilə haqlı olaraq soruşmuşdu.

Dövlət başçısının sözlərinə görə, indi hər şey Qarabağın erməni sakinlərinin bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır.

Karikatura: Nur Ay
Mətn: Tariyel Həsənov
AzVision.az

Qalereya




Teqlər: Qarabağ  





Xəbər lenti