Avtomobil idxalı niyə azalıb?

Avtomobil idxalı niyə azalıb?
  12 Aprel 2013    Oxunub:1494
Azərbaycana 2012 ildə 101 min avtomobilin idxalı rekorda göstərici olub. Belə bir rekord birdə 2008-ci ildə olub ki, 89.500 maşın ölkəmizə idxal edilib.
“Bu ilin yanvar-fevral aylarında Azərbyacana 14 000-ə yaxın avtomobil idxal olunub”. Bunu AzVision.az-a açıqlamasında “Avtomobil.az” saytının redaktoru Seymur Yunusov deyib. Ekspert bildirib ki, əvvəlki illərlə müqayisədə bu böyük göstəricidir.

“Bu o deməkdir ki, hər aya 7 min avtomobil düşür. Amma Azərbaycanda avtomobil idxalında artım özünü əsasən ilin ikinci-üçüncü rübündə göstərir . Keçən ildə belə olub ki, həmin vaxtlarda artım baş verir. İlin birinci rübündə bayram günlərinin, istirahət günlərinin sayı çox olduğundan, avtomobil idxalının sayı az ola bilər. Novruz və Yeni il bayramlarında istirahət günləri bir qədər çox olur. Buda öz təsirini göstərir ki, idxal aşağı düşür. Bu il hər ay 7 min avtomobil idxal olunub və bu əvvəlki aylarla müqayisədə çox böyükdür. Be saynan götürülsə ilin axırında 84-85 maşın idxalı ola bilər”.

Ekspertin sözlərinə görə, bazarda avtomobilin çox olması müşahidə olunur. S.Yunusov bildirib ki, müqayis edəndə görünür ki, 2012-ci ildə birinci rübündə bazarda 5-6 min maşın olubsa, indi 11-min maşın satışa təklif olunub.

“Bu il satışda olan avtomobillərin sayı ötən ilki ilə müqayisədə çoxdur. 2012-ci ildə ölkəmizə 101 min avtomobil idxal olunub. Ümumiyyətlə ötən il avtomobilin yüksək sürətlə artmasının bir sıra səbəbləri olub. Bunlardan biri “VAZ” markalı avtomobillərin əyləc sistemi və hava yastığı ilə bağlı tələbələrin may ayında qüvvəyə minəcəyi ilə bağlı xəbərin yayılması oldu. İlin əvvəlindən buna görə, daha çov “VAZ” MARKALI avtomobillər alınıb ölkəyə gətirildi ki, əllərində may ayına qədər daha çox avtomobil olsun. Bu ilin ilk rübündə idxala əsas təsir elədi. Avtomobil idxalı əvvəlki illərdə hər ay 3-5 min olurdu. Bundan başqa iqtisadi böhranın başlandığı vaxtda da 30 minə yaxın idxal azaldı. Yay aylarında daha çox olur. Bu ildə rekord gözləmək olar”-deyə ekspert vurğulayıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün açıqlamasında bildirib ki, 2012-ci ildə ölkəyə 100 mindən artıq avtomobil idxal olunub ki, hazırda daxili bazarda onların satışı həyata keçirilir: “Avtomobillərin idxalının azalması daxili bazardakı vəziyyətlə bağlıdır və Gömrük Komitəsi tərəfindən avtomobil idxalına heç bir məhdudiyyətlər qoyulmayıb”.

Anar


Teqlər:  





Xəbər lenti