İntihara cəhd edən şəxs özünü yandırmağa çalışıb - VİDEO

İntihara cəhd edən şəxs özünü yandırmağa çalışıb -  VİDEO
  31 İyul 2023    Oxunub:1998
Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd edən şəxs həm də özünü yandırmağa çalışırmış.


***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Bu barədə AzVision.az -a FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər. FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.

***

Xırdalan şəhərində gənc intihara cəhd edir. Gənc oğlan Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidin üstünə çıxaraq özünü atmaq istəyir.

Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.

Xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti