Xərçəngin bilinməyən əlaməti

   Xərçəngin bilinməyən əlaməti
  31 İyul 2023    Oxunub:1258
Amerika Onkoloji Cəmiyyəti hesab edir ki, gecə tərləmələri limfoma, sümük xərçəngi, qaraciyər xərçəngi, mezotelyoma və karsinoid şişlər də daxil olmaqla müəyyən xərçəng növlərinin əlaməti ola bilər.
Həkimlər qeyd ediblər ki, bədənin bir və ya bir neçə nahiyəsində qeyri-adi hərarət hissi, nəm dəri, yuxudan sonra yaş çarşaflar, üşütmə və bol tərləmə xərçəngin inkişafından xəbər verə bilər.

Əksər hallarda gecə tərləmələri xərçəng əlaməti deyil. Çox vaxt gecə tərləmələri menopoz və ya hamiləlik, aşağı qan şəkəri və ya müəyyən dərmanlar və ya stress nəticəsində hormonal dəyişikliklərin də əlaməti ola bilər.

Xərçəng xəstəliy zamanı gecə tərləmələri daha davamlı olur və qızdırma ilə müşayiət olunur, menopoz zamanı və ya daha çox yayılmış tərləmə səbəbləri yalnız bəzən baş verir. Xərçəng xəstələrində bu, adətən yorğunluq və səbəbsiz kilo itkisi kimi simptomlarla birlikdə baş verir.

AzVision.az


Teqlər:





Xəbər lenti