Türkiyədə 15 yaşlı futbolçu bıçaqlandı

   Türkiyədə 15 yaşlı futbolçu bıçaqlandı
  31 İyul 2023    Oxunub:1103
İstanbulun Güngören əyalətində Başakşehir Futbol Klubunda oynayan 15 yaşlı futbolçu bıçaqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ömər Faruk Kayaca adlı oyunçuya parkda mübahisə etdiyi şəxslər bıçaqla hücum ediblər.

Çoxlu bıçaq yaraları alan Kayaca hadisə yerində edilən ilk müdaxilədən sonra Başakşehir Çam və Sakura şəhər xəstəxanasına aparılıb.

Polis hücumda iştirak edən şəxslərin tutulması üçün əməliyyata başlayıb. Futbolçunun ailəsi təhlükəsizlik qüvvələrinə səslənərək, nəvəsinə hücum edənlərin tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunmasını tələb edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti