Məşhur şahmatçı Bakıda qaldığı oteldən şikayətləndi - “Su gəlmir”

   Məşhur şahmatçı Bakıda qaldığı oteldən şikayətləndi -    “Su gəlmir”
  01 Avqust 2023    Oxunub:1620
Yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldən şikayətlənib.
AzVision.az xəbər verir ki, o, bu barədə öz tvitter hesabında paylaşım edib.

Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:

“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.

İdmançı otelin adını qeyd etməsə də, qafqazinfo.az saytı yazır ki, yaponiyalı şahmatçı “Baku Marriott Boulevard”da qalır.

Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.



AzVision.az


Teqlər:





Xəbər lenti