Lamiyə Vəliyeva Azərbaycan rekordunu yeniləyərək yarımfinala yüksəldi

Lamiyə Vəliyeva Azərbaycan rekordunu yeniləyərək yarımfinala yüksəldi
  01 Avqust 2023    Oxunub:1152
Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.
İdmançı 400 metr məsafəni 55.48 saniyəyə qət edib.

Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu da yeniləyib.

Qeyd edək ki, Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.

AzVision.az



Teqlər: Rekord  





Xəbər lenti