Azərbaycanın ən məşhur filmlərinin çəkiliş meydançası - ARXİV FOTOLAR

  Azərbaycanın ən məşhur filmlərinin çəkiliş meydançası -     ARXİV FOTOLAR
  02 Avqust 2023    Oxunub:4887
Bu gün Azərbaycan Kinosu Günüdür. Milli kinomatoqrafiyamızın yaranmasının 125 ili tamam olur.
Məlumat üçün bildirək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomuzun əsasını qoyub. Bundan sonra Azərbaycanda onlarla film çəkilib.

1920-ci ildən sonra Azərbaycanda sovet kinosu erası başlayıb. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələri özündə əks etdirmələridir.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma olub. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər olub.

Ümumilikdə isə 90-cı illərdə çəkilən məşhur Azərbaycan filmləri hələ də tamaşaçılar tərəfindən sevilərək izlənilir.

Azvision.az Azərbaycan Kinosu Günü münasibətilə məşhur filmlərimizin çəkiliş meydançalarından lentə alınan arxiv fotoları təqdim edir:

























































Azvision.az


Teqlər:





Xəbər lenti