"Həqiqətin gözünə baxmaq lazımdır" - Zaxarova Paşinyana əsəbiləşdi

   "Həqiqətin gözünə baxmaq lazımdır"    - Zaxarova Paşinyana əsəbiləşdi
  02 Avqust 2023    Oxunub:1316
"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır. Üstəlik, Rusiya Federasiyasının Ukrayna ilə müharibə fonunda xarici siyasətin bəzi sahələrinin Moskva üçün daha az prioritet olmasına dair söhbətlərin faktiki əsası yoxdur".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

"Rusiya regionda davamlı sülh və razılaşmaya nail olmaq üçün hər şeyi edir və bu, Cənubi Qafqaza tam aiddir", - Zaxarova bildirib.

Onun sözlərinə görə, əgər son aylarda Rusiyanın iştirakı ilə ən yüksək səviyyədə bütöv bir silsilə təmaslar baş veribsə, hansı aktivliyin azalmasından danışmaq olar.

Mayın 25-də Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşünü, iyunun 2-də- baş nazir müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli işçi qrupunun 12-ci iclasını, mayın 19-da və iyulun 25-də - xarici işlər nazirlərinin üçtərəfli danışıqlarını qeyd etmək istəyirəm.

"Bu yavaşlamadır? Həqiqətin gözünə baxmaq lazımdır... Yəqin ki, bunlar dəyər mühakimələri, şəxsi mülahizələr, bəlkə də emosiyalardır, amma faktları dinləməyə dəyər.

Məntiq anlaşılmazdır, adamda belə bir hiss yaranır ki, 2022-ci ilə qədər bu istiqamətdə hər şey Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən problemsiz olub”, - rusiyalı diplomat bildirib.

Qeyd edək ki, İyulun 25-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində Rusiya Federasiyasının danışıqlarda fəallığının azaldığını qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti