Dünyanın ən yaşanıla bilən şəhərləri - SİYAHI

   Dünyanın ən yaşanıla bilən şəhərləri -    SİYAHI
  04 Avqust 2023    Oxunub:1546
"Economist Intelligence Unit" 173 şəhəri sabitlik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsil və infrastruktur kateqoriyalarında qiymətləndirib. Qlobal Yaşanabilirlik İndeksinə əsasən, dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin adları açıqlanıb.
AzVision.az hesabata əsasən, ümumilikdə, son 15 ildə yaşanabilirlik səviyyələrində ən böyük artım müşahidə olunur. Bu artımda Asiya, Yaxın Şərq və Afrikada səhiyyə xidmətləri və təhsil sahəsində əldə olunan nailiyyətlər rol oynayır.

Bu il siyahının ilk 10-luğuna Kanadadan üç şəhər, Avstraliya və İsveçrədən isə iki şəhər daxildir.

Suriyanın paytaxtı Dəməşq siyahının ən sonunda olduğu halda, Ukraynanın paytaxtı Kiyev müharibə səbəbindən sonuncudan 9-cu olub.

İlk 10-luq üzrə sıralama belədir: Vyana(Avstriya), Kopenhagen (Danimarka), Melbrun (Avstraliya), Sidney (Avstraliya), Vankover (Kanada), Zurix (İsveçrə), Kalgari (Kanada), Cenevrə (İsveçrə), Toronto (Kanada), Osoka (Yaponiya).





AzVision.az


Teqlər:





Xəbər lenti