Sumqayıtda şadlıq evi yanıb - VİDEO

 Sumqayıtda şadlıq evi yanıb -  VİDEO
  04 Avqust 2023    Oxunub:1670
Sumqayıtda "Green house" şadlıq sarayında baş verən yanğın məhdudlaşdırılıb.
ƏBu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***
Sumqayıt şəhərində şadlıq evində yanğının söndürülməsi işləri davam etdirilir.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir





AzVision.az


Teqlər:





Xəbər lenti